Bakıda bədii gimnastika üzrə XVIII şəhər birinciliyi keçirilib.Siasport.az saytı xəbər verir ki, yarışda paytaxtın idman cəmiyyətlərini təmsil edən 100-dək idmançı çıxış edib. Birincilikdə Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "Neftçi", "Təhsil", "Spartak" və "Sərhədçi" klublarının gənc idmançıları ilə yanaşı, DİN İdman Cəmiyyətinin təmsilçiləri və ilk dəfə olaraq Nizami rayonunun Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin yetirmələri iştirak ediblər.
Turniridə 1996-1998-ci il təvəllüdlü gimnastlar arasında "A" qrupu üzrə ən yaxşı nəticəni Ləman Dadaşlı, "B" qrupu üzrə Gülsüm Şəfizadə göstərib.
Komanda yarışında 1-ci yerə Bakı Gimnastika Məktəbi, 2-ci yerə "Neftçi", 3-cü yerə isə "Spartak" layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB