"Beşiktaş" artıq portuqaliyalı futbol ulduzlarının hökmranlıq etdikləri futbol klubuna çevrilir. Siasport.az saytı xəbər verir ki, klubun baş məşqçisi Bernd Şuster ispaniyalı ulduz Qutinin yoxluğunda İstanbul klubunda "düşünən beyin" vəzifəsini portuqaliyalı Simao Sambrosaya həvalə edəcək. Almaniyalı baş məşqçinin bu taktikanı ən azı bu mövsümün sonuna qədər davam etdirəcəyi bildirlir. Verilən məlumata əsasən, bu məsələ klubun türkiyəli futbolçularında kəskin narazılıq yaradıb. Klub rəhbərliyi isə bu məsələnin şişirdilib mətbuata çıxmaması üçün çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB