Misirdə bütün futbol yarışları dayandırıldı

Misirdə bütün futbol yarışları dayandırıldı
Misirdə baş verən hadisələr ölkə futbolundan da yan keçməyib. Siasport.az saytı xəbər verir ki, 30 il davam edən Hüsnü Mübarək hakimiyyətinə etiraz edən xalq mitinqlər keçirir. Qahirədə baş verən ixtişaşlar Misir futboluna da təsir edib. Misir Futbol Federasiyası ölkəmiqyaslı bütün futbol yarışlarını dayandırıb. Yarışlar ölkədə sabitlik yaranandan sonra davam edəcək.
Qeyd edək ki, Misirin ABŞ yığmasıyla yoldaşlıq oyunu da təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə