Fevral ayının 9-da cüdo üzrə Azərbaycan yığması Norveçə təlim-məşq toplanışına yollanacaq. Siasport.az saytı xəbrə verir ki, 1 həftə davam edəcək toplanışa yığma komandanın baş məşqçisi Ağayar Axundzadənin rəhbərliyi altında ümumilikdə 9 cüdoçumuz - İlqar Müşkiyev (-60kq), Tərlan Kərimov ( -66kq ), Renat Mirzəliyev (-73kq ) Elnur Məmmədli (-81 kq), Ramin Qurbanov ( -90 kq), Elmar Qasımov (-100 kq) , Emil Tahirov (+100kq), Kifayət Qasımova (-57 kq) və Ramilə Yusubova (-63 kq) qatılacaq.
Qeyd edək ki, təlim-məşq toplanışı başa çatdıqdan sonra komandamız birbaşa Almaniyanın Dusseldorf şəhərinə yollanacaq və 19-20 fevral tarixlərində keçiriləcək Qran Pri turnirində mübarizəyə qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB