İyunun 14-15-də Gürcüstanın Batumi şəhərində dünya çempionu Davit Bedinadzenin şərəfinə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə yunan-Roma güləşi üzrə yığma komandamızın 10 üzvü mübarizə aparacaq. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında qonşu respublikaya Azər Muxtarlı, Zaur Əliyev (hər ikisi 42 kq), Rəvan Rəcəbov, Mirsirac Həsənov (hər ikisi 46 kq), Nurlan Dadaşov, Əli Sadıqzadə (hər ikisi 54 kq), Cavidan Cavadov (58 kq), Cavid Yusifov (76 kq), Tehran Əminzadə (85 kq) və Uğur Hacılı (100 kq) yollanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB