"Qarabağ" klubu Bakıya dönür. Siasport.az saytı xəbər verir ki, yanvarın 9-undan Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" artıq bu gün paytaxtda olacaq. 28 günlük təlim-məşq toplanışını başa çatdıran komanda Bakı vaxtıyla 12:30-da Antalyanı tərk edəcək. Qardaş ölkədən Antalya–İstanbul–Bakı reysiylə hərəkət edəcək Ağdam təmsilçisinin təyyarəsinin 7-də Bakıda olması planlaşdırılır.
"Qarabağ"ın legionerləri yaranmış fasilədən istifadə edərək vətənlərinə yollanacaq. Belə ki, komandanın baş məşqçisi Qurban Qurbanov komandaya 2 günlük istirahət verib. Ansi Aqolli, Admir Teli və Andrey Rubins isə millisinin düşrgəsinə yola düşüb. Komanda fevralın 8-indən etibarən məşqlərə start verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB