Formula-1 yarışına dəstək turniri keçiriləcək

Formula-1 yarışına dəstək turniri keçiriləcək

Bu gün Gənclər İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı ilə Formula-1 yarışına dəstək olaraq Azərbaycanın tanınmış insanları arasında metkartinq yarışı keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə Azərbaycanın tanınmış simaları iştirak edəcəklər. Olimpiya, dünya çempiyonları, jurnalistlər və estrada ulduzları yarışacaqlar. Yarışın qaliblərinə və xüsusilə fərqlənənlərə qiymətli xatirə hədiyyələri, diplomlar və mükafatlar təqdim olunacaq.

Bakı kartinq klubda təyin olunmuş yerdə keçriləcək yarışın sonunda Azərbaycanın estrada ulduzlarının iştirakı ilə konsert proqramı təşkil olunacaq.

Turnirə saat 13:00-da start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə