Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "Neftçi" İSM komandası dünən 3-cü yoldaşlıq görüşünü keçirib. Siasport.az saytı xəbər verir ki, Gürcüstanın yüksək dəstəsində çıxış edən "Sioni" (Bolnisi) klubu ilə qarşılaşan komanda rəqibinə 2:1 hesabı ilə qalib gəlib. "Neftçi" İSM komandasının qollarını Şalva Pirtsxalava və Fuad Əliyev vurub. Rəqibin yeganə qoluna isə Aleksandr Qoqobereşvili imza atıb.
Qeyd edək ki, "Neftçi" İSM Gürcüstanda sonuncu yoxlama oyununu fevralın 6-da keçirəcək və ertəsi gün Bakıya dönəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB