"Xəzər Lənkəran" Futbol Klubu tarixində ən böyük transferini həyata keçirdi. Siasport.az saytı xəbər verir ki, transfer pəncərəsindən maksimum yararlanan klub daha bir yeni futbolçu, Syerra-Leone yığmasının oyunçusu Julius Vubay ilə 2 illik müqavilə bağladı.
"Bugündən mən "Xəzər Lənkəran"ın rənglərini qoruyacam və əlimdən gələni edəcəm ki, bu ilin qalibi biz olaq. Mən bura "Xəzər Lənkəran"la çempion olmağa gəlmişəm", - deyə Julius Vubay bəyan edib.
Ölkəsinin aparıcı futbolçularından olan Vubay Syerra-Lyone millisinin bombardirlər siyahısında 12 qolla ikinci pillədədir. Ümumilikdə karyerası ərzində 70-dən çox qol imza atmış yeni transfer hücumameylli yarımmüdafiəçi və hücumçu mövqelərində oynayır. Son iş yeri Rumıniyanın "Universitatya Krayova" klubu olan Julius, həmçinin Kipr çempionatında da uzun müddət uğurla çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB