Çexiya millisinin yarımmüdafiəçisi Tomas Rositski bu gün "Avro-2016"da İspaniya ilə oyunda (0:1) əsas heyətdə meydana çıxıb. Bununla da 35 yaşlı futbolçu Avropa çempionatları tarixində Çexiya millisinin heyətində oynayan ən yaşlı futbolçu olub.
Maraqlıdır ki, çexlərin Avropa çempionatlarında oynayan ən gənc futbolçusu da məhz Rositskidir. O, 2000-ci ildə, 19 yaşında millsiylə birgə Avropa çempionatının final mərhələsində çıxış edib.
Qeyd edək ki, Tomas Rositski 2015/16 mövsümünün sonunda 2006-cı ildən çıxış etdiyi London "Arsenal"ını tərk edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB