Belçika - İtaliya 0:2

"Avro-2016"nın qrup mərhələsində I turun oyunları davam edir. E qrupunun oyunları keçirilib.

Günün ilk matçı "Stad de France"da oynanılıb. Burada İrlandiya və İsveç milliləri üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1 xalla ayrılıb - 1:1.

Digər qarşılaşmada isə İtaliya və Belçika yığmaları münasibətlərinə aydınlıq gətirib. Lion şəhərində keçirilən görüş italyanların qələbəsi ilə başa çatıb - 2:0.

13 iyun

E qrupu

23:00. Belçika - İtaliya - 0:2
Qol: Emanuele Giaçerini, 32, Pelle, 90+3.
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Lion. "Stade de Lion"

Bütün xəbərlər Facebook səhifəmizdə