Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rumıniyada təşkil olunmuş UEFA inkişaf turnirində son oyununu keçirib. Türkiyə komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub. Yığmamızın qolunu Nərmin İsmayılova vurub.
Xatırladaq ki, turnirin ilk oyununda Rumıniya yığmasına 1:4 hesabı ilə məğlub olan futbolçularımız ikinci qarşılaşmada Sloveniya komandasına qalib gəlmişdi – 2:1.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB