“Türkiyəyə qayıtsam, ancaq “Fənərbaxça”da oynayacam”

“Türkiyəyə qayıtsam, ancaq “Fənərbaxça”da oynayacam”

Tuncay Şanlı özünü yeni futbol klubunda xoşbəxt və rahat hiss edir. Siasport.az saytı xəbər verir ki, Almaniyanın "Volfsburg" futbol klubunun və futbol üzrə Türkiyə Yığma Komandasının üzvü olan T.Şanlı, İngiltərənin "Stok Siti" futbol klubunda keçirdiyi acınacaqlı və qalmaqallı futbol həyatından sonra burada özünün koryerası baxımından böyük uğurlara imza atacaqına əmindir. Türkiyəli futbolçu Almaniya mətbuatına verdiyi açıqlamada bildirib ki, Almaniyada yaşayan türklərin dəstəyinə ümid edir və onlardan əlavə güc alır: "Getdiyin yerdə sənin istənməyin gözəl bir duyğudur. Mənə qarşı yeni klubumda da bu cür münasibət var. Bu çox gözəldir. İndidən "Volfsburg"un heyətində ilk oyunuma çıxmaq üçün var gücümlə hazırlaşıram. Yəqin ki debütüm əla alınacaq. Çalışacaqam ki bu belə də olsun. Buradakı türklərin çox olması da mənə əlavə güc verir. Əgər yenidən Türkiyəyə qayıtsam, o zaman yalnız "Fənərbaxça"da oynaya bilərəm"-deyə türkiyəli futbolçu fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə