"Artıq Formula-1üzrə Avropa Qran Prisinin sınaq yarışlarına iki gün qalıb. Heyətlər formalaşıb, tikinti isə tamamlanır". SİA-nın məlumatına görə, bu haqda media nümayəndələrinə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yarış obyektləri tikintisi üzrə rəhbər Tom Butçer məlumat verib.
O qeyd edib ki, bu gün axşamdan etibarən trek ərazisindəki yollar bağlanacaq: "Çünki səkikənarı bütün tikintilər tamamlanmalıdır. Təxminən 83 yerdə yol hərəkətinin bağlanması ilə əlaqədar işlər yekunlaşdırılmalıdır. 87-47 nömrəli avtomobil sabah səhər Avropa Qran Prisində iştirak edəcək yarış maşınlarını bura gətirəcək. Bəzi heyətlər artıq şəhərdədir. Digərləri isə sabah gələcəklər. Ümumiyyətlə, hazırlıq işləri məqsədimizə uyğun, vaxta tam riayət etməklə tamamlanır. Heyətlər tam gəldikdə hazırlığımız yekunlaşacaq. Artıq şəhərimizdə olan heyətlər gözlədiklərindən də üstün şəraitlə üzləşdiklərini bildiriblər".
O vurğulayıb ki, Bakı öz hazırlığını bütün dünyaya göstərir: "Görək, dünya Bakının ona təklif etdiyini qəbul etməyə hazırdır, ya yox? Hər kəsdən xahiş edirəm yarışlara gəlsin, yürüş zamanı ölkəsini, şəhərini və bu layihəni dəstəkələsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB