\"\"Qəbələ\" klubu futbola çox böyük sərmayələr qoyur. Klub yeni bir addım atıb\". Siasport.az saytı xəbər verir ki, bu sözləri \"Qəbələ\" ilə müqavilə bağlayan Türkiyənin \"Errea\" firmasının rəsmisi Atanur Erdinç deyib.
Erdinç \"Errea\"nın Azərbaycan bazarına sürətlə girdiyini bildirib: \"Biz Azərbaycanda bundan əvvəl də sərmayə qoymuşduq. Voleybol klubları, voleybol və basketbol milli komandaları \"Errea\"nın məhsullarını geyinir. Bundan sonra yeni inkişaf mərhələsinə qədəm qoyacağıq. Futbolda da böyüyəcəyik\".
Qeyd edək ki, voleybol üzrə Azərbaycan Super Liqasında mübarizə aparan \"İqtisadçı\" voleybol klubu da \"Errea\" ilə 1 illik müqavilə imzalamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB