Can Öksüz: "Rəşad Sadıqov “Əskişəhərspor”a lazımdır və burada da qalacaq”

Can Öksüz: "Rəşad Sadıqov “Əskişəhərspor”a lazımdır və burada da qalacaq”

Bir neçə gündür millimizin kapitanı Rəşad Sadıqovun yenidən "Qarabağa"a qayıdacağı haqda xəbərlər səngimək bilmir. Belə ki, Ağdam klubunun rəhbərliyi təcrübəli futbolçu üçün "Əskişəhərspor"a rəsmi təklif ünvanlandığını da deyib. Məsələyə aydınlıq gətirmək üçün həmyerlimizin şərəfini qoruduğu "Əskişəhərspor"un baş direktoru Can Öksüzlə əlaqə saxladıq. Klub rəsmisi "Qarabağ"dan heç bir təklif gəlmədiyini, həmçinin bütün xəbərlərin yalan olduğunu bildirib: "Hazırda Rəşad Sadıqov müdafiədə ən çox güvəndiyimiz futbolçulardan biridir. Ona görə biz onu "Qarabağ"a geri verə bilmərik. Bizim Rəşada ehtiyacımız var və istifadə edirik. Bunlar bir yana, "Qarabağ" klubundan bizə heç bir rəsmi təklif gəlməyib. Rəşad "Əskişəhərspor"a lazımdır və burada da qalacaq".//stadium.az

Bütün xəbərlər Facebook səhifəmizdə