"Mançester Yunayted"in futbolçusu futbolla vidalaşır

"Mançester Yunayted"in daha bir təcrübəli futbolçusu Gary Nevill mövsümün sonunda futbolla vidalaşacaq. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbolçu artıq 35 yaşında yaşıl meydanlardan yığışmağın vacibliyini diqqətə çatdırıb. O ingilis mətbuatına verdiyi açıqlamada artıq futbolu tribunalardan izləmək istədiyini dilə gətirib. "Qırmızı şeytanlar"ın digər bir təcrübəli forvardı Edvin van der Sar kimi, G.Nevill də bundan sonrakı həyatını ailəsinə bəxş etməyi düşünür: "Artıq getmək zamanımın gəldiyini hiss edirəm. Futbol karyeram boyu daima dünyanın və Avropanın ən böyük futbol klubları ilə ən nüfuzlu turnirlərdə qarşı-qarşıya gəldim. "Mançester Yunayted" klubunda isə futbol həyatımın ən böyük uğurlarına imza atdım. Həttda heç kimə qismət olmayacaq bir xoşbəxt ugurlar yaşadım. Bu komanda artıq mənim doğma evimdir. Digər tərəfdən də oynadığım klubun ən sadiq azərkeşiyəm. Amma sözsüz ki mənim də tribunadan doğma klubumun oyunlarını seyr edəcəyim vaxt da artıq qapını döyür. Hər halda nə vaxtsa biz də yaşıl meydanları tribunadan izləməli olacayıq. Amma futbolu televiziya ekranlarından milyonlarla insana şərh etmək də gözəl olardı."-deyə təcrübəli forvard sözünü bitirib. Xatırladaq ki, G.Nevill "Mançester Yunayted" forması ilə 602 dəfə meydana çıxıb və 85 dəfə İngiltərə Milli Komandasının heyətində yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə