Ruslan Əmircanov: ""Xəzər Lənkəran"dan ilk görüşdəkı məğlubiyyətin əvəzini Bakıda çıxmağa çalışacağıq"-AÇIQLAMA

Antalyadakı ikinci təlim-məşq toplanışında da ciddi hazırlaşdıq. Çətin də olsa, verilən tapşırıqları yerinə yetirməyə çalışırdıq. Mənə elə gəlir ki, təlim-məşq toplanışı ürəyimiz istəyən kimi alındı". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Neftçi" PFK-nın müdafiəçisi Ruslan Əmircanov flaqmanın rəsmi saytına açıqlamasında deyib. O, komandanın çempionluq yolunda inamla irəliləyəcəyinə inandığını söyləyib: "Təlim-məşq toplanışında bütün oyunlarda qalib gəldik. Bəzi qarşılaşmalarda texnikanın, bəzilərində isə mübarizliyin hesabına qələbə qazandıq. Bakıya qayıtdıqdan sonra 2 gün istirahət edəcəyik. Ardından məşqlər edib, Premyer Liqaya tam hazır olacağıq. Qış fasiləsindən sonra ilk matçımız "Xəzər Lənkəran"a qarşı olacaq. Bilirsiniz ki, bizim məqsədimiz çempionluqdur. Qızıl medallar uğrunda mübarizədə "Xəzər Lənkəran"la oyun böyük əhəmiyyət daşıyır. İlk görüşdə onlara uduzmuşuq. Bu məğlubiyyətin əvəzini Bakıda çıxmağa çalışacağıq".


Bütün xəbərlər Facebook səhifəmizdə