“Xəzər Lənkəran” Qvineya millisinin futbolçusu ilə müqavilə imzaladı
Palmali Şirkətlər qrupunun Bakı filialının binasında "Xəzər Lənkəran" Futbol Klubu Qvineya milli komandasının futbolçusu olan İbrahima Banqura ilə bir illik müqavilə imzalayıb. Siasport.az saytı xəbər verir ki, hücumçu və hücumameylli yarımmüdafiəçi mövqeyində oynayan Banqura son Antalya təlim-məşq toplanışı zamanı özünü yaxşı tərəfdən göstərməyi bacarıb və son yoxlama görüşündə fərqlənib.
28 yaşlı Banquranın çıxış etdiyi son klub Türkiyə Super Liqasının təmsilçisi "Konyaspor" komandası olub. Bundan əlavə Qvineyalı futbolçu Türkiyənin "Dənizlispor", Fransanın "Trua" və "İstr" klublarında da çıxış edib. Artıq uzun müddətdir ki, öz ölkəsinin milli yığmasının heyətinə çağırılan İbrahim bu formada çıxdığı 52 oyunda 19 qol vurmağa nail olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB