Antalyada 18 gün davam edən təlim-məşq toplantısını başa vuran "Bakı" Vətənə qayıdır. Siasport.az saytı xəbər verir ki, 2 həftə yarım müddətində intensiv məşqlər edən və yoxlama oyunları keçirən komanda bu gün təlim-məşq toplantısını yekunlaşdırdı.
Antalyada baş məşqçi Aleksandr Starkovun rəhbərliyi altında 5 yoldaşlıq oyunu keçirən "Bakı" bu oyunlarda 3 qalibiyyət əldə etdi və 2 qarşılaşmada bərabərə qaldı.
Qazaxıstanın "Akjayık" (3:0), "Şaxtyor" Karaqanda (1:1), Ukraynanın "Metallurq" Zaporojye (0:0) , Rumıniyanın "Panduri" (1:0) və Almaniyanın Oberliqa təmsilçisi "FSV Martinroda" (11:0) klubları ilə qarşılaşan "Bakı" rəqib qapılarına 16 qol vurdu, öz qapısından isə cəmi 1 top buraxdı.
Bu gün Antalyanı tərk edən komanda sabah axşam saatlarında Bakıya dönəcək. Hazırlığın növbəti mərhələsi klubun təlim-məşq bazasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB