\"Rudar\"ın baş məşqçisi Rəşad Abdullayevi təriflədi

\"Rudar\"ın baş məşqçisi Rəşad Abdullayevi təriflədi

\"\"Neftçi\" ilə matç çox ağır oldu\". Siasport.az saytı xəbər verir ki, bu sözləri \"Neftçi\" ilə oyundan sonra Çernoqoriya çempionu \"Rudar\"ın baş məşqçisi Neboyşa Viqnyeviç flaqmanın rəsmi saytına açıqlamasında deyib. O, \"Neftçi\"dən belə güclü oyun gözlədiyini qeyd edib. Baş məşqçi komandamızın xüsusilə ilk 15-20 dəqiqədə çox yaxşı hücumlar qurduğunu deyib: Düzdür, biz təlim-məşq toplanışına yenicə başlamışıq. Komandamdan razıyam. Ona görə ki, \"Rudar\" əsasən gənclərdən təşkil edilib. Həm də \"Neftçi\"nin gücü ilə müqayisədə, komandam bundan artıq heç nə edə bilməzdi. Hiss olunur ki, \"Neftçi\" təşkilatlanmış klubdur. Rəqibin heyətində kapitanı (Rəşad Abdullayevi nəzərdə tutur) fərqləndirərdim. O, oyunboyu yetirmələrimi təzyiq altında saxlamağı bacardı\".

Bütün xəbərlər Facebook səhifəmizdə