AZAL klubunun rəhbərliyində dəyişiklik edilib

AZAL klubunun rəhbərliyində dəyişiklik edilib

AZAL PFK-nın rəhbər heyətində dəyişiklik edilib. Siasport.az saytı xəbər verir ki, klub təsisçilərinin 01.02.2011-ci il tarixində keçirdiyi növbədənkənar Ümumi Yığıncağının qərarı ilə Fikrət Hüseynov vitse-prezident təyin olunub. Məlumat üçün bildirək ki, F.Hüseynov klubda 2007-ci ildən bəri baş menecer vəzifəsində çalışırdı. Hüseynovun klubun inkişafında və peşəkarlaşması yönündə göstərdiyi müsbət fəaliyyətini nəzərə alan AZAL-ın təsisçiləri və rəhbərliyi ona daha böyük etimad göstərib. Belə ki, Fikrət Hüseynov indi klub prezidentinin idman və peşəkar futbolla bağlı bütün tapşırığlarını həyata keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə