"Avro-2016"da daha iki oyun keçirilib. C qrupunun ilk oyununda Polşa və Şimali İrlandiya qarşılaşıb.
Rumıniyalı hakimlər briqadasının idarə etdiyi oyunda polşalılar qələbə qazanıb - 1:0.
Qrupun digər görüşündə isə Almaniya Ukrayna ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma gözlənildiyi kimi almanların qələbəsi ilə başa çatıb - 2:0.
C qrupu
23:00. Almaniya - Ukrayna - 2:0
Qol: Şkodran Mustafi, 19 (1:0), Şvaynştayger, 90+2 (2:0)
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Maykl Mallarki və Stiven Çayld
Əlavə köməkçi-hakimlər: Maykl Oliver və Kreyq Pouson (hamısı İngiltərə) Lill. "Pyerre Mauroy" stadionu.
20:00. Polşa - Şimali İrlandiya - 1:0
Qol: Arkadiuş Milik, 51
Baş hakim: Ovidiu Hatseqan
Yan xətt hakimləri: Oktavian Şovre və Sebastyan George
Əlavə köməkçi-hakimlər: Aleksandru Tudor və Sebastyan Kolçesku (hamısı Rumıniya)
Nitsa. Nitsa şəhər stadionu.
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | Almaniya | 1 | 1 | 0 | 0 | 2-0 | 3 |
| 2 | Polşa | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
| 3 | Ukrayna | 1 | 0 | 0 | 1 | 0-2 | 0 |
| 4 | Şimali İrlandiya | 1 | 0 | 0 | 1 | 0-1 | 0 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB