Türkiyə ilk addımda büdrədi

Fransada təşkil olunan futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir. Bu gün D qrupunda bir oyun keçirilib.

Parisdə Türkiyə millisi Xorvatiya ilə üz-üzə gəlib. Luka Modriçin yeganə qolu ilə Xorvatiya qələbə qazanıb.

Qeyd edək ki, qrupun digər oyunu İspaniya - Çexiya matçı sabah keçiriləcək.

Xatırladaq ki, Türkiyə və Xorvatiya yığmaları 2008-ci ildə keçirilən Avropa çempionatının 1/4 finalında üz-üzə gəlib. Həmin matçın 119-cu dəqiqəsində xorvatlar hesabı açsa da, bir dəqiqə sonra Türkiyə millisi Semih Şəntürklə bərabərlik qolunu vurub. Penaltilərdə daha dəqiq oynayan Fatih Terimin komandası yarımfinala yüksəlib.

D qrupu

17:00. Türkiyə - Xorvatiya - 0:1
Qol: Luka Modriç, 41

Baş hakim: Yonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius və Daniel Varnmark
Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson və Markus Strömberqsson (hamısı İsveç)
Paris. "Park de Prins" stadionu.

N Komandalar O Q H M T-F X
1 Xorvatiya 1 1 0 0 1-0 3
2 Türkiyə 1 0 0 1 0-1 0
3 İspaniya 0 0 0 0 0-0 0
4 Çexiya 0 0 0 0 0-0 0

Bütün xəbərlər Facebook səhifəmizdə