"Türkiyə çempion olarsa, ofisiantlıq edəcəm” Futbolçu

"Türkiyə çempion olarsa, ofisiantlıq edəcəm” Futbolçu

Avropa çempionatında ilk oyununu Türkiyəyə qarşı keçirəcək Xorvatiya millisinin sabiq üzvü İvan Klasniç maraqlı açıqlama verib. SİA-nın məlumatına görə, Xorvatiya mətbuatına müsahibəsində veteran futbolçu deyib: "Restoran işlədən italiyalı dostum mənə Türkiyənin AÇ-2016-nın qalibi olacağını dedi. Mən isə ona bildirdim ki, Türkiyə çempion olarsa, sənə ofisiantlıq edəcəm".

İ.Klasniç bu gün keçiriləcək Türkiyə - Xorvatiya oyunu haqda fikirlərini bildirib: "Bizim üçün çox önəmli matç olacaq. Futbolçularımızın bu oyuna yaxşı motivasiya olduqlarını düşünürəm. 2008-ci ildəki məğlubiyyətin əvəzini çıxmalıyıq".

Qeyd edək ki, AÇ-2008-də Xorvatiyanın Türkiyəyə uduzduğu oyunun əlavə vaxtında xorvatların qolunu İvan Klasniç vurmuşdu. Lakin "Ay-ulduzlular" son saniyələrdə cavab qolu vurmuş və penaltilər seriyasında qalib gələrək yarımfinala yüksəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə