Bu yazını yazanda fikirləşdim ki, bəlkə heç başlığı belə qoymayım. Amma sonra qərara aldım ki elə belə yaxşıdır. Niyə?,-çünki bizim milli çempionatımızdakı əksər çempion futbol klublarının indiyə qədərki futbol tariximizdə bir qara qəpiyə dəyən iz buraxmamaları bunu başlıq kimi manşetə çıxarmağa tam haqq edir. Fikir verin, Avropada ac-yalavac Moldova klubları, habelə Rusiya, Ukrayna, Belarus, Latviya, nə bilim daha hansı keçmiş SSRİ ölkələrinin futbol klubları UEFA Avropa Liqasında, Çempionlar Liqasında "Anderlext"lə, "Barselona" ilə, "PSV Endhoven"lə, "Fənərbaxça" ilə, "Yuventus" və "Roma" ilə, "Ayaks" və "Milan" ilə başa-baş bir qrupda mübarizə aparanda bizim çempion klublarımız iki mərhələ adlayan kimi yaxalarını cırırlar ki, bəs görün biz nələr etdik! Həttda bu komandaların rəhbərlərinə ugursuzluq barədə sual verəndə az qalırlar azarkeşlər qarışıq hər kəsi döysünlər ki, siz nankorsunuz, görmədiniz biz neçə mərhələ keçdik, çempion olduq? Sonra da üz tuturlar çempionluqu qazandıqlarına görə onlara "verilən" milyonlarla dolları yumaq üçün xarici istirahət mərkəzlərinə, restoranlara, nə bilim disko-barlara... Bu da sənə çempionluq... Bir qara qəpiyə belə dəyməyən "ÇEMPİONLUQ"!
Bu gün Azərbaycanın ən zəif futbol klubuna ayrılan milyonlarla dollar pul, Moldovanın, Belarusun, Pribaltika ölkələrinin çempionatlarındakı ilk 3-lükdə yer tutan ortabab klubuna ayrılan qəpik-quruşla heç müqayisə belə oluna bilməz. Amma NƏTİCƏ?- hə, bax bundan heç danışma!
Klublarımızda milyonlarla dollar pul ele-bele "yuyulub" gedir, bu klublar aglasığmaz maliyyə maxinasiyaları aparır, əvəzində Avropanın və Braziliyanın küçə və məhəllələrindən "super transfer" adı ilə alıb gətirdikləri 3-5 qəpiklik "futbolçular" isə palçıqlı stadionlarda şıllaq atırlar. Yenə bu klublar Qurban Qurbanova minnətdar olmalıdırlar ki, ardıcıl iki il ərzində bu cavan mütəxəssis, turniri 4-cü və 5-ci yerlərdə tamamlayan "Qarabağ"la, Azərbaycandakı qocaman məşqçilərin heç vaxt bacarmadıqları nəticələrə imza atdı və özü çempionluq yaşamaya-yaşamaya, bu titulu qazanan uğursuzları sıgortala bildi Avropada. "Qarabağ" UEFA Avropa Liqasının pleyy-of mərhələsində Hollandiya "Tvente"si və hazırda Almaniya Bundesligasında bütün klublara qan udduran və lider olan Borrusiya "Dortmund"u ilə başa-baş mübarizə aparmağı bacardı. Həm də dünyaya hər necə də olsa bu ölkədə də futbol adına bir komandanın mövcudliğunu sübut etdi. Yoxsa yalan deyirem?,- yox təbii ki, yalan demirəm. Allahın "Şerif"i az qala neçə ildir ki, Avroliqanın daimi iştirakçısına çevrilib, "Neftçi" isə hələ də palçıqlı stadionlarda "Muğan"la, nə bilim "Simurq"la, bu tipli komandalarla mübarizə aparır. Elə "Xəzər Lənkəran"ı da, "İnter"i də, "Bakı"sı da bu gündədir. Təsəvvür edəndə ki, Lənkəran təmsilçisini çıxmaq şərti ilə qalan heç bir komandanın öz stadionu yoxdur, onda adamın bu çempionatı ləğv etmək istəyi yaranır. Avropada oynamaq əvəzinə, bir dənə də olsun azarkeşin təşrif buyurmadığı palçıqlı stadionlarda baş girlədən çempionluq kimə lazımdır, nəyə lazımdır?,-heç kimə... Həm də bir qəpiyə dəyməyən çempionluq!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB