"Bakı" klubu yoxlama oyunu keçirib. Siasport.az saytı xəbər verir ki, Antalyada "Susesi" otelinin meydançasında baş tutan görüşdə paytaxt təmsilçisi Almaniya klubu FSV "Martinroda" ilə üz-üzə gəlib. Oyun başlayan kimi komandamız hesabı açıb. Hücuma qoşulan Radomir Todorov fərqlənib. Qarşılaşmanın 20-ci dəqiqəsində Ruslan Leviqa ikinci qola imza atıb. 28-ci dəqiqədə 3-cü qol gəlib. Yenə Ruslan Leviqa fəqlənib. 32-ci dəqiqədə gənc hücumçumuz Nicat Abdullayev 4-cü qolu vurub. Bundan 8 dəqiqə sonra hesab 5:0-a çatıb. 42-ci dəqiqədə komandamız 6-cı qolu vurub. Fasilədən sonra da oyun bir qapıya davam edib. Komandamız 65-ci dəqiqədə üstünlüyünü 9 topa çatdırıb.
Oyunun sonlarında "Bakı" daha 2 dəfə rəqibi meydanın mərkəzinə dəvət edib-11:0.
Beləliklə, "Bakı" Antalyada keçirdiyi son oyunda Almaniya Oberliqa təmsilçisi FSV "Martinroda"nı 11:0 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB