Tehrandan 7 medal

Taekvando üzrə gənclər ibarət seçmə komandamız fevralın 26-dan 28-dək Tehranda II beynəlxalq "Kərəmi Kuboku" turnirindən 7 medalla qayıdıb. Siasport.az saytı xəbər verir ki, bütün çəki dərəcələrində döyüşən taekvondoçularımız 1 qızıl, 1 gümüş və 5 bürünc mükafata sahib olublar. Onlardan Hüseyn Mehrəliyev (-59 kq) yarışın qalibi olmaqla yanaşı, "Ən yaxşı texnikaya görə" turnirin xüsusi sertifikatına da layiq görülüb. Rüfət Allahverdiyev (-73 kq) isə gümüş medala sahib olub. Qalan idmançılardan Elmar Bədəlli (-45 kq), Mikayıl Əliyev (-51 kq), Məhəmməd Abıyev (-63 kq), Vladik Subbotin (-68 kq) və Elvin Əliyev (+78 kq) 3-cü yeri tutub.

Qeyd edək ki, İranın paytaxtında ənənəvi turnirin bu yaş qrupu üzrə yarışlarında 6 ölkədən 15 komandanın heyətində 150-dək taekvondoçu iştirak edib. Baş məşqçi, respublikanın əməkdar məşqçisi Gündüz Abdullayevin rəhəbərlik etdiyi gənclərdən ibarət seçmə komandamız ümumi hesabda 2-ci nəticə göstərib. Bundan başqa turnirdən sonra Azərbaycan və İran taekvondoçuları arasında tam heyətlə yoxlama xüsusiyyətli komanda görüşü də keçirilib. Artıq vətənə dönən idmançılarımız məqşlərini davam etdirirlər. Gənc taekvondoçularımızın qarşıda növbəti yarışı, martın ortalarında Almaniyada olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə