Azər Mirzəyev liderlər sırasında

Azər Mirzəyev liderlər sırasında

Litvanın Panevejis şəhərində şahmat festivalı davam edir. Festivalın proqramına qrossmeyster və usta balları normaları ilə turnirlər, habelə üç open turnir daxildir. İştirakçılar arasında Azərbaycan təmsilçiləri – beynəlxalq qrossmeyster Azər Mirzəyev və FIDE ustası Rüstəm Bünyadov da var.

Qrossmeyster turnirində yeddi turdan sonra 6 xal toplamış Polşa təmsilçisi Marsel Kanarek liderlik edir. Azərbaycanlı qrossmeyster Azər Mirzəyev və rusiyalı Sergey Matsenko ondan 1,5 xal geri qalırlar.

Beynəlxalq usta normasını nəzərdə tutan turnirdə Titas Stremaviçyus 7 mümkün xaldan 6,5 xal toplayaraq vaxtından əvvəl qalib gəlib. Azərbaycanın ikinci təmsilçisi Rüstəm Bünyadov bu turnirdə 3 xal ilə yeddinci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə