Nail Nurəddinoğlu: ““Turan” son dövrlədəki durumundan 2-3 qat güclənib” - AÇIQLAMA

Nail Nurəddinoğlu: ““Turan” son dövrlədəki durumundan 2-3 qat güclənib” - AÇIQLAMA

""Turan" ilk təlim-məşq toplanışını Tovuzda başladı, ikinci hissəni isə Antaliyada keçirdi". Bu sözləri siasport.az saytına açıqlamasında klubun idman direktoru Nail Nurəddinoğlu deyib. Onun sözlərinə görə, komanda 4 yoxlama oyunu keçirib. İdman direktoru qeyd edib ki, heyət artıq tam kompleksləşib: "Transferləri başa çatdırmışıq. Ümumilikdə qış transfer dövründə heyətə 7 futbolçu cəlb etmişik. Baş məşqçi artıq məlumat verib ki, komanda tam hazırdır, daha transferə ehtiyyac yoxdur. Komandamızda hücum, qol vurmaq problemi var idi. Bu transferlər o cəhətdən komandmızın adıçəkilən problemini həll edəcək. "Turan" son dövrlədəki durumundan 2-3 qat güclənib".

Bütün xəbərlər Facebook səhifəmizdə