İstanbulun "Qalatasaray" futbol klubunun rəhbərliyi ilə baş məşqçi Georgi Hagı arasında yeni bir gərginlik yaranıb. Siasport.az saytı xəbər verir ki, bir müddət bundan əvvəl Almaniyanın "Volsfburg" futbol klubundan transfer olunan bosniyalı forvard Misimoviç, nəhayət ki, rəhbərliyin işə qarışmasından sonra yenidən komandanın ilk 11-liyində yer ala bilər. Məsələ burasındadır ki, uzun müddətdən bəri baş məşqçi G.hagı ilə gərgin münasibətdə olan bosniyalı hücumçunun yeniden heyətdə yer almasında "Qalatasaray" rəhbərliyi də maraqlıdır. İstanbul klubunun idarə heyətində yer alan Ali Şaş Türkiyə mətbuatına verdiyi açıqlamada deyib ki, artıq İstanbul klubunun rəhbərliyində bosniyalı hücumçunun start heyətində yer almasına dair yekdil fikir formalaşıb. O bildirib ki, böyük ümidlərlə kluba transfer olunan futbolçunun baş məşqçi ilə münaqişə üzündən kənarda qalması və "Qalatasaray"ın ziyana düşməsi yolverilməzdir. Klub rəsmisi diqqətə çatdırıb ki, yaxın günlərdə rəhbərlik G.hagı ilə bu məsələni müzakirə edəcək və futbolçunun heyətə qayıtmasında israr edəcək. Xatırladaq ki, böyük bir maliyyə vəsaiti hesabına transfer olunan bosniyalı futbolçu, neçə müddət idi ki, baş məşqçi ilə münaqişə üzündən heyətdə yer ala bilmirdi. G.hagı futbolçu ilə münaqişəsinin səbəbini onun nizam-intizama riayət etməməsi ilə izah edib. Futbolçunun özü isə idda edir ki, G.Hagıya qarşı heç bir kobudluq etməyib, sadəcə G.Hagı onu qəsdən heyətdən uzaqlaşdırır ki, Bosniya və Hersoqavinanın Rumıniya millisi ilə keçiriləcək qarşıdakı oyununa qədər o formada olmasın. Onun deməsindən belə çıxır ki, G.Hagı, Misimoviçi Bosniya və Hersoqavina millisinin Rumıniya ilə keçirəcəyi oyundan kənarda saxlamaq istəyir ki, futbolçu rumınlara qarşı forma geyinə bilməsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB