"Arsenal"ın baş məşqçisi Arsen Venger "Çelsi" futbol klubunun sahibi Roman Abromoviçi sözün əsl mənasında "topa tutub". Siasport.az saytı xəbər verir ki, Roman Abramoviçin son günlər milyonlarla dollar həcmində transferlər reallaşdırdığını deyən fransız futbol mütəxəsissi, bunun əvəzində "Çelsi" futbol klubunun bu transferlərdən iflas həddinə çatdığı və klubun büdcəsinə 70 milyon funt sterlinq həcmində ziyan dəyməsi barədə bəyanat verməsini məntiqsizlik adlandırıb: "Bunlar səhər yuxudan duranda 70 milyon funt sterlinq ziyana düşdüklərini deyirlər. Axşam isə futbolçularına 75 milyon funt sterlinq mükafat verirlər. Sizdən soruşuram, burada məntiq haradadır?"-deyə fransız mütəxəssis fikrini tamamlayıb. Belə getsə, A.Venger bu açıqlaması ilə "Zadəganlar"la "Arsenal"ın arasını bərk vuracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə