“Liverpul” uduzmaq adətini tərgidir

“Liverpul” uduzmaq adətini tərgidir

Belə görünür ki, artıq İngiltərənin "Liverpul" futbol klubu böhrandan çıxmaq üçün əməllicə işə başlayıb və komandanın futbolçuları da bu istiqamətə köklənib. Siasport.az saytı xəbər verir ki, dünən İngiltərə Çempionatı çərçivəsində öz meydanında "Stok Siti"ni qəbul edən "Liverpul", göstərdiyi oyunla məğlubiyyətlər seriyası ilə vidalaşmaq istəyində olduğunu hamıya nümayiş etdirib. Elə ilk dəqiqələrdən başlayaraq hücuma atılan meydan sahibi komanda, birinci hissə ərzində oyunda üstün tərəf olsa da, rəqib qapısına qol vura bilməyib.Amma ikinci hissə başlayan kimi artıq 47-ci dəqiqədə Raul Merilesin qolu ilə irəli çıxan meydan sahibləri, bu qoldan sonra rəqib üzərində təzyiqi artırıblar. "Liverpul"un "Ayaks" futbol klubundan yenicə transfer etdiyi urugvaylı Suares, meydana çıxandan bir neçə dəqiqə sonra qol vuraraq, əslində "Liverpul"un ona 26 milyon avro pulu havayı yerə xərcləmədiyini təsdiq edib. Bu qarşılaşmada 2:0 hesablı qələbə qazananın Liverpul şəhərinin təmsilçisi, xal ehtiyatını 35-ə yüksəldərək İngiltərə Premyer Ligasnda 7-ci pillədəki yerini möhkəmləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə