“Beşiktaş”dan möhtəşəm darmadağın 5:0

“Beşiktaş”dan möhtəşəm darmadağın 5:0

İstanbulun "Beşiktaş" futbol klubu artıq özünü tam əminliklə Türkiyə Kubokunun yarımfinalında görə bilər. Siasport.az saytı xəbər verir ki, dünən Türkiyə Kuboku uğrunda "Gazientep Böyükşehir Belediyyespor"la qarşılaşmada 5:0 hesablı qələbəyə sevinən "qara qartal", qazandığı bu böyük qələbə ilə yarımfinalın bir addımlığındadır. İlk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan İstanbul təmsilçisi, öz meydanında qarşı tərəfə zərrə qədər də olsun şans vermədi. Artıq qarşılaşmanın 23-cü dəqiqəsində Bobo hesabı açaraq qol şousunu açıq elan etdi. Oyunun ilk dəqiqələrindən açıq şəkildə hiss olunmağa başlanmışdı ki, "Beşiktaş" rəqibindən qisasını daha böyük hesablı qələbə qazanmaqla alacaq. Elə də oldu. Artıq qarşılaşmanın 31-ci dəqiqəsində portuqaliyalı futbolçu Fernandes mükəmməl qola imza ataraq "Beşiktaş"ı 2:0 hesablı qələbəyə sevindirib. Bundan sonra Fernandes qarşılaşmanın 48-ci dəqiqəsində, Bobo yenidən 50-ci dəqiqədə, Quaresma isə oyunun 62-ci dəqiqəsində rəqibin qapısına bir-birindən gözəl qollar vuraraq "qara qartal"ın 5:0 hesablı qələbəsini rəsmiləşdiriblər. Artıq "Beşiktaş" Türkiyə Kubokunun yarımfinalında rəqibini gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə