Çempionatın ilk oyununda Fransa və Rumıniya milli komandaları qarşılaşır
İyunun 10-da futbol üzrə XV Avropa çempionatının final mərhələsinə start verilib. "Stad de Frans" stadionunda çempionatın möhtəşəm açılış mərasimi keçirilib. Açılış mərasimindən sonra meydana Fransa və Rumıniya yığmaları çıxıblar.
Səksən min yerlik arenada açılış oyununu macarıstanlı Viktor Kassai idarə edir. Ona həmyerliləri Giorgi Rinq, Vensel Tot, Tamas Boqnar və Adam Farkas kömək edirlər.
Ev sahibi komandanın start heyətində Lloris (K), Sanya, Rami, Kosielni, Evra, Poqba, Kante, Matuidi, Qrizman, Jiru və Payet yer alıblar.
Rumaniyanın heyətində isə meydana Tataruşanu, Sapunaru, Çiriçeş (K), Qriqore, Rat, Hoban, Pintili, Popa, Stanciu, Stanku, Andone çıxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB