Maqomed Abdusalamov: “Rusiyada mənə sponsor tapılmadı, azərbaycanlılar isə mənə dəstək oldular”-MÜSAHİBƏ
Artıq Azərbaycan bayrağı altında çıxış edən və keçirdiyi 9 görüşün hamısını nokautla başa vuran peşəkar boksçu Maqomed Abdusalamov bu günlərdə Mahaçqalaya baş çəkib. Siasport.az saytı xəbər verir ki, bundan istifadə edən Dağıstanın "Stadion" qəzetinin əməkdaşları 29 yaşlı boksçudan müsahibə alıblar. Müsahibəni kiçik ixtisarla nəzərinizə çatdırırıq.
- Hələ Mahaçqalada nə qədər qalacan?
- Hardasa, 20 gün. Bu müddət ərzində iki qızım üçün Amerikaya viza almalıdırlar. Axrıncı dəfə onlarsız getməli oldum. Yoldaşıma viza verdilər, amma qızlara yox. Həm də Azərbaycan tərəfi ilə danışıqların yekunlaşmasını gözləyirəm. Mənə indi onlar sponsorluq edirlər.
- Buna görə artıq Azərbaycan bayrağı altında çıxış edirsən?
- Neynəyim ki, Rusiyada mənə sponsor tapılmadı, azərbaycanlılar isə mənə dəstək oldular.
- Sən onları necə tapdın?
- Mən onları tapmadım. Menecerim Qamzat Ağayev onlarla əlaqə saxladı. Q.Ağayev həm də Azərbaycan Boks Federasiyasının vitse-prezidenti vəzifəsində çalışır. O, mənim haqqımda federasiyanın prezidenti, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova danışdı. O, mənə kömək göstərilməsi barədə göstəriş verdi. Əvvəlcə şifahi razılığa gəlmişdik. İndi isə yazılı müqavilə imzalamaq lazımdır. Və müqavilənin bəzi şərtlərinə yenidən baxmalıyıq.
- Söhbət sponsorlar qarşısında yeni maliyyə şərtlərinin irəli sürülməsindən gedir?
- İndi mən daha yüksək səviyyədə çıxış etməyə başlamışam. Bu səbəbdən də karyeramı davam etdirmək üçün bir qədər fərqli maliyyə vəsaiti lazımdır. Hər dəfə daha səviyyəli idmançılarla döyüşməli oluram. Təbii ki, onlar da daha çox qonorar tələb edirlər. Peşəkar boksda sistem belədir: əgər sən kimisə döyüşə çağırırsansa, pulu da sən ödəməlisən. Bundan başqa məşqçilərə verməyə, həmçinin mənim yaşayışım və qidalanmam üçün də pul lazımdır.
- Bəs məşqdəki rəqiblərə pul ödəmirsiniz?
- İndi artıq onlara da vermək lazım gələcək. Buna qədər məşq etdiyim adamlarla döyüşürdüm. Son vaxtlar mən çox məhşur boksçularla – Oliver Makkolom və Fres Okendo ilə sparinq görüşləri keçirmişəm. Onlar peşəkar rinqdə onlarla döyüşə çıxıblar, özü də ən tanınmış idmançılarla, dünya çempionları ilə. Bu günlərdə Evander Holifildlə döyüşmüş Şerman Uilyamsla da məşq etmişəm.
- Reytinq cədvəlində ön sıralarda olan boksçularla qarşılaşmaq üçün nə dərəcədə hazırsan? Daha təcrübəli sparinq-tərəfdaşlarının yanında necə təsir bağışlayırsan?
- Hiss edirəm ki, onlardan güclüyəm. Əlbəttə, biz məşqdə tam gücümüzü qoymuruq. Amma bəzən kifayət qədər sərt formada məşq edirik. Mənə elə gəlir ki, onlar hətta bir az çəkinirlər. Axı mənim zərbələrim qüvvətlidir. Bu da əsas üstünlüyümdür. Hiss edirəm ki, mənimlə məşq etməkdə o qədər də maraqlı olmurlar.
- Rəqiblərin seçimi ilə kim məşğul olur?
- Komandamıza məşqçilərlə birgə 6-7 nəfər daxildir. Onlardan ikisi – Qamzat Ağayev və Boris Qrinberq Sultan İbrahimovla işləyiblər. Promouter firmalarından yaxşı təkliflər alsaq da, hələ ki işin öhdəsindən özümüz gəlirik. Bu işdə tələsməmək lazımdır. Menecerlərim məni amerikan məsəlinə - "step bay step"ə - adım-addım irəliləməyə çağırırlar. Karyeramda 14-15 döyüş olduqdan sonra promouter firmaları ilə danışıb daha sərfəli şərtlərlə müqavilə bağlamaq olar.
- Sən ilk onluqda olan boksçularla döyüşmək üçün hələ nə qədər gözləməlisən?
- Elə bu gün ilk onluqda olan boksçuları döyüşə çağıra bilərəm. Və hiss edirəm ki, buna hazıram. Amma məşqçilər tələsməməyi və daha bir neçə görüş keçirməyi təklif edirlər. Belədə edəcəm, məqsədimə addım-addım yaxınlaşacam.. Əgər hər şey planlaşdırdığımız kimi getsə, bu il titul uğrunda ilk döyüşə çıxacam. Təklif var ki, İnterkontinental kəməri uğrunda döyüşü Bakıda Dünya çempionatı gedən ərəfədə təşkil edək. Əminəm ki, bu ideya təşkilatçılarında xoşuna gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB