“Turan” klubu gömrükçülərə qarşı cavab addımı atdı

“Turan” klubu gömrükçülərə qarşı cavab addımı atdı

Xəbər verdiyimiz kimi, Türkiyədə hazırlıqları başa vuraraq Azərbaycana qayıdan "Turan" klubunun heyəti Azərbaycan – Gürcüstan sərhəddində qonşu ölkənin gömrük işçiləri tərəfindən bir neçə saat saxlanılmış və onlar mənəvi təzyiqə məruz qalmışdılar. Bunun səbəbi isə Batumidə yük yerinə vurulmuş möhürlərdən birinin zədələnməsi olub. Gömçrükçülər "Turan"ın əməkdaşları ilə sərt davranmış, klubu böyük məbləğdə cərimələmişdilər. Artıq bununla bağlı "Turan" klubunun rəhbərliyi cavab addımı atıb. Bu barədə siasport.az saytına klubun idman direktoru Nail Nurəddinoğlu açıqlama verib. Onun sözlərinə görə, artıq gömrükdə baş verənlərlə bağlı bütün faktlar toplanıb və səfirliyə təqdim olunub: "Gömrükdə baş verənlərlə bağlı şəkillər və bütün dəlillər bir yerə yığılıb və səfirliyə mürciət etmişik. Onlardan cavab gözləyirik. Baş verənlər araşdırılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə