AZAL "Levski"nin futbolçusunu transfer etdi

AZAL "Levski"nin futbolçusunu transfer etdi

Antalyada təlim-məşq toplanışını başa vurararaq Bakıya dönən AZAL daha bir futbolçunu heyətinə qatıb. Siasport.az saytı xəbər verir ki, bu futbolçu sonuncu klubu Bolqarıstan "Levski"si olan Enyo Krastovçevdir. AZAL-ın Antalyada "Volın"la keçirdiyi yoxlama oyununda baxışadan keçirilən Enyo yaxşı təsir bağışlamışdı və hətta bir qol da vurmuşdu. Məşqçilər korpusu bundan sonra rəhbərliyə onun komandaya cəlb oluması haqda təklif vermişdi. Nəhayət qısa danışıqlardan sonra bu forvardın keçidini rəsmiləşdirmək mümkün oldu. Artıq bu futbolçu ilə iki illik müqavilə bağlanılıb. Beləliklə, qış hazırlıq mərhələsində 4 yeni futbolçu ilə heyətini gücləndirən AZAL transfer fəaliyyətini yekunlaşdırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə