Bu gün "Çelenc Kuboku"nda mübarizə aparan daha bir komandamız növbəti oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, 1/8 final mərhələsi çərçivəsində Azərbaycanın "İqtisadçı" klubu ilk görüşündə səfərdə Rumıniyanın "Stiinta" komandası ilə qarşılaşıb. Oyunu sloveniyalı Ljobomir Globaçik və xorvatiyalı Tajana Kramar Sandl idarə edib. Komandamız rəqibinə heç bir şans verməyib. Universitet komandası Rumıniya klubunu 0:3 (22:25, 23:25, 17:25) hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü fevralın 8-də
Bakıda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə