“Arsenal” “Everton”a aman vermədi 2:1

“Arsenal” “Everton”a aman vermədi 2:1

Doğma "Emirates" stadionunda "Everton"u qəbul edən "Arsenal" futbol klubu az qala yenə də sensasiyalı bir məğlubiyyətlə üzləşəcəkdi. Siasport.az saytı xəbər verir ki, qarşılaşmanın ilk hissəsində 25-ci dəqiqəyə kimi qonaq komanda qarşısında heç bir uğurlu hücum xətti yarada bilməyən "topçular", bu azmış kimi elə 25-ci dəqiqə başlayan kimi "Everton"un hücumçusu Louis Sahanın qolu ilə hesabda geri düşüblər. Bundan sonra heyətdə bir sıra dəyişikliklər aparmağa məcbur olan Arsen Venger, bunun məntiqi nəticəsini ikinci hissədə görüb. Belə ki, qarşılaşmanın 71-ci dəqiqəsində Andrey Arşavinin və 76-cı dəqiqəsində Laurent Koscielninin qolları sayəsində oyunda 2:1 hesabla nəticəni öz xeyrinə dəyişən "Arsenal", dogma meydanda məğlub olmaqdan canını qurtara bilib. "Everton" üzərində qələbə qazana bilən "Aresenal", Premyer Ligadakı vəziyyətini yaxşılaşdırmaqla yanaşı, eyni zamanda 49 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşaraq "Mançester Yunayted"i təqib etməkdə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə