“Liverpul”un əfsanəsi futboldan getdi

“Liverpul”un əfsanəsi futboldan getdi

İngiltərənin "Liverpul" klubunun sabiq müdafiəçisi Daniel Agger futbolçu karyerasını bitirdiyini açıqlayıb. "Dəstəyə görə hər kəsə təşəkkür edirəm. Bu çox kədərlidir, lakin futbol oynamağı yekunlaşdırmaq barədə qərar düzgündür. Mən karyeramla fəxr edirəm", - deyə futbolçu öz "Twitter" hesabında yazıb.

31 yaşlı futbolçu karyerasını səhhətindəki problemlərlə bağlı bitirib.

Agger doqquz mövsümdür ki, "Liverpul"un futbolçusu olub. O, daha əvvəl Danimarkanın "Brondbyu" klublarında oynayıb. Bundan əlavə Agger milli komandanın heyətində 71 oyunda meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə