İngiltərədə “Mançester Yunayted”ə güc gələn tapılmır!

İngiltərədə “Mançester Yunayted”ə güc gələn tapılmır!

Artıq İngiltərənin "Mançester Yunayted" futbol klubunun bu mövsüm çempionluğu başı üzərinə qaldıracağına heç kim şübhə etmir. Siasport.az saytı xəbər verir ki, dünən "Old Trafford" stadionunda "Aston Villa"nı qəbul edən "qırmızı şeytanlar", qarşılaşmanın elə 1-ci dəqiqəsindəcə qol hesabını açıblar. İngilis klubunun qocaman forvardı kimi xarakterizə olunan Uonn Ruuni 1-ci dəqiqədə "Old Trafford"a toplaşan "Mançester Yunayted" azərkeşlərini sevincə qərq edib. Birinci hissədə daha cox müdafiə futboluna üstünlük verən meydan sahibləri, qarşılaşmanın 45-ci dəqiqəsində əks hücum zamanı yenə də U. Ruuninin qolu ilə 2:0 hesablı nəticə ilə fasiləyə üstün yollanıblar. İkinci hissədə də meydan sahibləri topa nəzarəti özlərində saxlayıblar. Həttda "Aston Villa" 59-cu dəqiqədə Darren Bentin vurduğu qolla top fərqini aşağı salsa da, amma oyunun 64-cü dəqiqəsində yenə U.Ruuni özünün 3-cü qolunu vuraraq 3:1 hesablı qələbəni tam olaraq rəsmiləşdirib və "Aston Villa"nın bütün ümidləri alt-üst olub. "Mançester Yunayted" bu qələbədən sonra xal ehtiyatını 54-ə çatdıraraq liderliyini bir qədər də möhkəmləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə