Fevralın 4-dən 5-dək paytaxtımızda bədii gimnastika üzrə 18-ci Bakı birinciliyi keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yarışda paytaxtın idman cəmiyyətlərini təmsil edən 100-dək idmançı çıxış edəcək.
Bakı Gimnastika Məktəbi və Respublika Kompleks İdman Məktəbi, "Neftçi" və "Təhsil", "Spartak" və "Sərhədçi"nin gənc idmançıları ilə yanaşı, DİN İdman Cəmiyyətinin təmsilçiləri və ilk dəfə olaraq Bakının Nizami rayonunun Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin yetirmələri birincilikdə çıxış edəcəklər.
Turnir iştirakçıları 6 yaş qrupuna bölünəcək (1996-98, 1999, 2000, 2001, 2002 və 2003-cü il təvəllüdlü) və çoxnövçülükdə mübarizə aparacaqlar.
Yarışda 2001-2003-cü il təvəllüdlü gimnastlardan ibarət 10 qrup komandaları iştirak edəcək. Onlar hakimlərə və tamaşaçılara alətsiz hərəkətlərini nümayiş etdirəcəklər.
Bakı Olimpiya İdman Kompleksində keçiriləcək yarışlar fevralın 4-də saat 10:00-da, fevralın 5-də isə saat 11:00-da başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB