Massimiliano Allegri dünyanın ən bahalı geyinən baş məşqçisidir

Massimiliano Allegri dünyanın ən bahalı geyinən baş məşqçisidir

Dünyanın ən yaxşı və dəblə geyinən baş məşqçilərinin adları da məlum oldu. Siasport.az saytının məlumatına əsasən İtaliyanın nüfuzlu "La Gazetta dello" idman qəzeti ən son moda ilə geyinən nüfuzlu məşqçilərin siyahısını aparıb və bu siyahıya Roberto Mançinini, Massimiliano Allegrini, Joze Maurinyonu, Xose Qvardiolanı və Leanardonu daxil ediblər. Lakin bu siyahının şübhəli məqamları da kifayət qədərdir. Buna dair təkcə bir faktı diqqətə çatdıraq. Məsələ burasındadır ki, son dərəcədə dəblə geyinməyi sevən futbol üzrə Almaniya Milli Komandasının baş məşqçisi Yoahim Lövün bu siyahıdan kənarda qalması təkcə İtaliya mediyasında deyil, həmçinin Almaniya KİV-lərində də qalmaqal yaradıb. "Şpigel" jurnalı hesab edir ki, bu siyahı bir növ italyanların alman futboluna qarşı növbəti sayğısızlıqıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə