ABŞ millisi Olimpiadaya Bakıda hazırlaşacaq

ABŞ millisi Olimpiadaya Bakıda hazırlaşacaq

ABŞ-ın yunan-Roma üzrə yığma komandası Rio Olimpiadasına hazırlığı Bakıda keçəcək. SİA-nın Azərbaycan Güləş Federasiyasından eksklüziv olaraq əldə etdiyi məlumata görə, Amerika güləşçiləri Azərbaycan yığması ilə birlikdə təlim-məşq toplanışında iştirak edəcəklər. Qonaqların paytaxtımıza 14 idmançı ilə səfər etməsi planlaşdırlır. Təlim-məşq toplanışı böyük ehtimalla Olimpiya Güləş Mərkəzində baş tutacaq və 2 həftə davam edəcək. Qeyd edək ki, ABŞ güləşçiləri gələn hətfə Azərbaycana qədəm qoyacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə