AGF rəsmisi: "Yığmalarımızın tərkibində dünyanın ən güclü güləşçiləri yer alır" AÇIQLAMA
"Milli komadalarımız Rio Olimpiadasına yüksək səviyyədə hazırlıq keçirlər. Azərbaycan Güləş Federasiyası tərəfindən güləşçilərimizin hazırlığı üçün bütün lazımi şəraiti yaradılıb". Bunu SİA-ya açıqlmasında Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayev deyib.
O qeyd edib ki, Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında millimiz 14 idmançıları ilə təmsil olunacaq: "Sərbəst güləş üzrə milli komandamız 6, yunan-Roma güləşi üzrə yığmamız 5, qadın güləşi üzrə millimiz isə 3 güləşçi mübarizə aparacaq. Komandalarımız həm Olimpiya Güləş Mərkəzində, həm də ölkə xaricində təlim-məşq toplanışlarında iştirak ediblər (Sərbəst güləşçilər Göygöl, yunan-Roma güləşçiləri Bakı, qadın güləşçilər Kiyevdə). Bununla yanaşı idmançılarımız bir çox beynəlxalq turnirlərdə uğurla çıxış ediblər. Olimpiadada mübraizə aparacaq yığmalarımızın tərkibində dünyanın ən güclü güləşçiləri yer alır. Olimpiya Oyunlarında komandalarımızın uğurlu çıxış edəcəyinə inanırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB