Rəşad Sadıqov "Qarabağ"a qayıdacaq

Rəşad Sadıqov "Qarabağ"a qayıdacaq

"Qarabağ"ın Rəşad Sadıqovla danışıqlara başlaması barədə xəbər vermişdik. Klub rəhbəri Tahir Gözəlin tapşırığından sonra Türkiyənin "Eskişəhərspor" klubunda forma geyinən millimizin kapitanı ilə danışıqlara start verən "Qarabağ" artıq nəticə əldə edib. Siasport.az saytı xəbər verir ki, Rəşadla Ağdam klubu arasında müqavilənin bütün şərtləri razılaşdırılıb.
Artıq transferə demək olar ki, "Eşkişəhərspor" da razılıq verib. Elə Sadıqovun Türkiyə Super Liqasının son turunda "Konyaspor"la keçirilən matçda meydana çıxmaması da bu amillə əlaqələndirilir. Bu barədə məlumat verən mənbə bildirib ki, Sadıqovun "Qarabağ"a qayıdışı qarşıdakı 9 gündə, yəni transfer pəncərəsinin son günə qədər reallaşacaq.//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə