Yevlaxın "Karvan" klubu I Divizionun II dövrəsinə hazırlıqları bu gendən bərpa edəcək. Siasport.az saytı xəbər verir ki, Klubun məşqçisi Rəşad Yusifovun sözlərinə görə, yanvarın 15-dən başlayaraq təlim-məşq toplanışına cəlb olunan komanda, gün ərzində 2 dəfə məşq prosesinə qatılıb. Komandanın yüksək səviyyədə hazırlaşması üçün klubun prezidenti Şahmar Vəliyev tərəfindən hər bir şərait yaradılıb və bu məqsədlə təlim-məşq bazası, 4 stadion komandanın ixtiyarına verilib. Rəşad Yusifov qış fasiləsində komandanı 6 oyunçunun tərk etdiyini və 11 yeni futbolçunun isə komandanın heyətinə cəlb olunduğunu vurğulayıb.
Bu yaxınlarda klub avtobusu ilə baş vermiş məlum yol qəzası ilə əlaqədar \"Şəmkir\" və MKT \"Araz\" komandaları ilə planlaşdırılan yoxlama görüşləri isə təxirə salınıb. Rəşad Yusifovun sözlərinə görə, zədələnən 7 nəfər oyunçu artıq tam sağalıb. Bu gündən başlayaraq təlim-məşq toplanışlarını bərpa edəcək komanda, fevralın 13-də Neftçalanın \"Anşad Petrol\" klubuna qarşı keçiriləcək oyuna hazırlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB