Asiya Oyunlarının könüllüləri Azərbaycan təcrübəsini öyrənir AÇIQLAMA

Asiya Oyunlarının könüllüləri Azərbaycan təcrübəsini öyrənir AÇIQLAMA

"Qeydiyyat başa çatsa da, xaricdən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə könüllülər proqramında iştirak etmək üçün çoxsaylı müraciətlər daxil olur. Ancaq artıq qeydiyyat müddəti bitdiyinə görə, onlar gələn il daha tez müraciət edəcəklərini bildirirlər". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin könüllülər üzrə koordinatoru Tural Hümbətov deyib.

O qeyd edib ki, 2017-ci ildə Türkmənistanda keçiriləcək Asiya Oyunlarının könüllüləri Azərbaycanın könüllülük təcrübəsini öyrənmək üçün ölkəmizə gəliblər: "Onlar Formula-1 üzrə Avropa Qran-Prisinin könüllləri arasına qoşulublar. Türkmən könüllülərin sayı 15 nəfərdir. İndiyədək xarici könüllülərə yardım edərək, "e-mail" vasitəsi ilə təlim materiallarını göndəririrdik. Könüllülükdə ödəniş olmadığına görə, hər dəfə gəlib, geri qayıtmaları onlara problem yarada bilərdi. Xarici könüllülər göndərdiyimiz materialları öyrəniblər. İndi isə onlar təlimlərin son mərhələsində iştirak edəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə