Futbol üzrə milli komandamızın heyətindən daha bir futbolçu çıxarılıb

Futbol üzrə milli komandamızın heyətindən daha bir futbolçu çıxarılıb
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətindən daha bir futbolçu çıxarılıb. Siasport.az saytı xəbər verir ki, Amit Quluzadə zədəli olması ilə əlaqədar millinin heyətindən kənarlaşdırılıb.
Xatırladaq ki, daha əvvəl Makism Medvedev, Saşa Yunusioğlu və Əziz Quliyev də eyni səbəbdən millinin bu toplanışını yarımçıq tərk etməli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə